SON XƏBƏR

Azərbaycanın əsas xarici ticarət tərəfdaşları

Avqust 14
15:11 2017
Dövlət Gömrük Komitəsi Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarının adlarını açıqlayıb. Novator.az-ın məlumatına görə, hesabatda bildirilir ki, 2017-ci ilin yanvar-iyul aylarında İtaliya ilə ticarətin həcmi ümumi dövriyyənin 14,77 faizini təşkil edib.
 
Türkiyə 13,83 faizlə ikinci, Rusiya 10,6 faizlə üçüncü tərəfdaş olub.
 
İxracda əsas ölkələrin siyahısında 22,57 faizlə İtaliya öndə gəlib. İdxalda əsas ölkənin isə Rusiya olduğu (17,99 faiz) bildirilir.
 
Yanvar-iyul aylarında Azərbaycanın MDB ölkələrinə ixracı 2016-cı ilin 7 ayı ilə müqayisədə 49,6 faiz artıb.
 
Avropa İttifaqı ölkələrinə ixracda 30,53 faiz azalma, digər ölkələrə ixracda 32,21 faiz artım olub.
 
MDB ölkələrindən idxal 2016-cı ilin yanvar-iyul ayları ilə müqayisədə 3,3 faiz artıb.
 
Avropa İttifaqından idxalda 29,05 faiz, digər ölkələrdən idxalda 1,62 faiz azalma var.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook