SON XƏBƏR

Azərbaycanın Gürcüstana investisiya qoyuluşu açıqlanıb

İyun 29
11:39 2022
İndiyə qədər Azərbaycan şirkətləri Gürcüstana 3,5 milyard ABŞ dollarından çox investisiya yatırıb.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Gürcüstan biznes forumunda Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Sərxan İsmayılov bildirib.

Onun sözlərinə görə, həmin məbləğin 1,5 milyard dolları Dövlət Neft Şirkətinin (SOCAR) payına düşür.

"Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşı olmaqla bu ölkəyə ən çox investisiya yatıran ölkələrdən biridir. Azərbaycan şirkətləri Gürcüstanın ən böyük vergi ödəyiciləridir. Onların hesabına qonşu ölkədə minlərlə iş yeri yaradılıb. Koronavirus (COVID-19) pandemiyasına baxmayaraq, ötən il iki ölkə arasında ümumi dəyəri 1 milyard dollardan çox olmaqla ticarət aparılıb", - deyə səfirlik rəsmisi qeyd edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook