Azərbaycanın Gürcüstanın yanacaq idxalındakı payı azalıb
Yanvar 17
11:26
2020
Gürcüstan ötən il Azərbaycandan 170,2 min ton yanacaq idxal edib.
"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinin məlumatında bildirilib.
Hesabat ilində qonşu ölkənin tədarük etdiyi yanacağın 15,5%-i Azərbaycanın payına düşüb.
İllik müqayisədə Gürcüstan Azərbaycandan aldığı yanacağın həcmini 4,3 min ton və ya ya 2,46% azaldıb. 2018-ci ildə Azərbaycan qonşu ölkənin yanacaq idxalının 31,3%-ni təmin edib.
2019-cu ildə Gürcüstanın tədarük etdiyi benzin və dizelin ümumi həcmi 1 096 min ton təşkil edib ki, bu da illik müqayisədə 2,9 min ton və yaxud 0,26% azdır. Benzinin həcmi 544,3 min ton, dizelin həcmi isə 551,7 min tona bərabər olub.