SON XƏBƏR

“Azərbaycanın həll edəcəyi yalnız bir məsələ qalıb...” – Ramiz Yunus

Sentyabr 07
12:29 2023
"Ermənistanın və onun lobbilərinin ABŞ Konqresində Qarabağda "humanitar böhran”la bağlı qaldırdığı həngamə iflasa uğrayır. Dövlət Departamenti bu gün (dünən - red.) ABŞ Konqresində keçirilən dinləmələrə nümayişkaranə şəkildə məhəl qoymayıb”.

"AzPolitika.info” xəbər verir ki, bunu ABŞ-da yaşayan tanınmış azərbaycanlı təhlilçi Ramiz Yunus bildirib.

"Onların əsas məqəsdi Azərbaycan və Ermənistan arasında çətinliklə irəliləyən danışıqlar prosesini pozmaqdır. Hansı ki, bu dialoqu ABŞ Dövlət katibi şəxsən başladıb və himayə edir. Biz ABŞ-ın mövqeyini 16 avqustda onun sədrliyi keçirilmiş BMT Təhlükəsizlik Şurasının iclasında da gördük”, - təhlilçi əlavə edib.

R.Yunus təəssüflə bildirir ki, həm Ermənistan, həm də onun ABŞ və Avropadakı lobbiçiləri İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında münaqişədə status-kvonun tamamilə dəyişdiyini qəbul etmək istəmirlər: "Hansı ki, bu müddət ərzində rəsmi Bakının mövqeyi daha da güclənib, beynəlxalq müstəvidə Qarabağı həmişə Azərbaycanın bir hissəsi kimi tanıyan beynəlxalq hüquqa belə güclü arqumentlər əlavə olunub: müharibədə qələbə, NATO standartlarına uyğun güclü Azərbaycan ordusunun mövcud olması, Türkiyə, Pakistan və İsrail kimi etibarlı müttəfiqlər və Rusiyanın Ukraynaya təcavüzü ilə dəyişən siyasi iqlim”.

Analitik hesab edir ki, Azərbaycana bu cür üsullarla təzyiq etmək yersizdir və ermənilərin özləri, ABŞ və Avropadakı lobbiləri də bunu nə qədər tez dərk edərsə, Vaşinqton və Brüsselin maraqlı olduğu Cənubi Qafqaz regionunda sülh bir o qədər tez yaranar: "Qarabağda uzun illərin separatizm mövzusu yavaş-yavaş, amma dəqiqliklə finişə yaxınlaşır. Azərbaycanın həll edəcəyi yalnız bir məsələ qalıb - Qarabağ ərazisindəki erməni qanunsuz silahlı dəstələrini zərərsizləşdirmək. Onlar ya Qarabağı sakitcə tərk edəcəklər, ya da çox tezliklə beynəlxalq hüquqa və BMT-nin 4 qətnaməsinə əsasən Azərbaycan onlara qarşı antiterror əməliyyatına başlayacaq. Aristotel demişkən: "Tertium non datur", yəni üçüncüsü verilmir".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook