SON XƏBƏR

Azərbaycanın “hörmətli şəxsini” arvadının çılpaq fotoları ilə şantaj edib 100 min dollar istədilər

Sentyabr 12
00:21 2017
Dubayın birinci instansiya cinayət məhkəməsi Latviyadan olan stüardessanın işi üzrə prosesə başlayıb.

Virtualaz.org xəbər verir ki, həmin stüardessa Azərbaycandan olan "hörmətli şəxsi” arvadının çılpaq şəkilləri ilə şantaj edərək 100 min dollarını ələ keçirməkdə təqsirləndirilir. Bu qalmaqal barədə "Gulf News” yazır.

İttiham aktına əsasən latviyalı şantajçının qurbanı kommivoyajerlik fəaliyyəti ilə (sərbəst ticarət agenti, ticarət əməliyyatlarında vasitəçi) məşğul olan 35 yaşlı Azərbaycan vətəndaşıdır. Onun kimliyi açıqlanmır. Həmin şəxs ötən il dekabrın 31-də Yeni il "hədiyyəsi” alıb. 29 yaşlı latviyalı stüardessa onun İnstagram hesabına təcili məlumat göndərib və "mühüm xəbəri çatdırmaq istədiyini” bildirib.



"O, bildirdi ki, mənim arvadımın xəyanəti barədə informasiyaya malikdir və əlində arvadımla məşuqunun intim fotoları var. Bildirdi ki, cəmi yarım saat vaxt sərf etməklə nə baş verdiyi haqda təfərrüatları öyrənə bilərəm”-şantaja məruz qalan azərbaycanlı istintaqa ifadəsində bildirib.

Bu şəxs stüardessaya cavab verib ki, əhvalatın doğruluğuna inanmaq istəyir və fotoları göndərsin. Həmin məqamda şantajçı 100 min dollar tələb edir. "O dedi ki, əlində 10 foto var və hər foto 10 min dollardır. Mən birinci fotoya görə 10 min dollar ödədim, ancaq o bildirdi ki, məbləğin hamısını ödəməsəm fotoları Azərbaycanda bütün qohumlarıma və dostlarıma göndərəcək. Bu isə mənim imicimi darmadağın edəcək və qızımın həyatını məhv edəcək. Öz ölkəmdə mən hörmətli adamam”-azərbaycanlı ifadəsində belə deyib.



Həmin "hörmətli adam” baş verənlər barədə Dubay polisinə məlumat verib. (Ehtimal ki, azərbaycanlı həmin vaxt Dubayda olub). Polis əməkdaşları qadının İnstagram-hesabını araşdırıb və onu həbs ediblər. Polisin nümayəndəsi məhkəmədə bildirib ki, stüardessa azərbaycanlı kommivoyajerin arvadının keçmiş məşuqu ilə əlaqə yaradıb. O isə öz növbəsində keçmiş məşuqəsi ilə çəkilmiş intim fotolarını göstərib.

"Sonra bu iki şəxs qadının ərini şantaj etməyi qərara alıblar. Onlar bu cütlüyün nigahını dağıdıblar, kişiyə arvadının başqa kişi ilə yataqda çəkilmiş çılpaq fotosunu göndəriblər”-polis nümayəndəsi deyib. Polisin bildirdiyinə görə stüardessa ilə əlbir olan şəxs ona intim fotoların saxlanıldığı iPad- verib. Həmin şəxs hələ tutulmayıb.

Stüardessa isə məhkəmədə azərbaycanlını şantaj etdiyini inkar edib, günahını boynuna almayıb. Bu iş üzrə hökmün oktyabrın 10-da çıxarılacağı gözlənilir. Həbs olunan stüardessanın hansı aviaşirkətdə işlədiyi, onun hansı ölkənin ərazisində, hansı şəraitdə həbs olunduğu göstərilmir. Latviya KİV-ləri bu işlə bağlı öz ölkələrinin Xarici İşlər Nazirliyindən şərh almağa çalışır.

Qlobal.az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook