SON XƏBƏR

Azərbaycanın icmal büdcəsində 4 milyard manata yaxın qalıq yaranıb

İyun 20
10:47 2022
Bu ilin beş ayında icmal büdcənin gəlirləri 15 milyard 549,9 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 027 milyon manat və ya 24,2 % çoxdur.

Bu barədə "Report"a Maliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, icmal büdcə xərcləri 11 milyard 650,1 milyon manat olub ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 535,5 milyon manat və ya 15,2 % çoxdur. Cari ilin beş ayında icmal büdcə 2 milyard 178,8 milyon manat kəsirlə proqnozlaşdırılsa da faktiki olaraq 3 milyard 899,8 milyon manat profisit yaranıb.

"Bu ilin beş ayı üzrə dövlət və icmal büdcələrinin operativ icra məlumatına əsasən dövlət büdcəsinin gəlirləri 11 milyard 227 milyon manat proqnoza qarşı 12 milyard 442,4 milyon manat və ya 110,8 % təşkil edilib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2 milyard 706,6 milyon manat və ya 27,8 % çoxdur.

Sənədə əsasən, bu ilin beş ayı ərzində dövlət büdcəsinin gəlirlərinin 6 milyard 353,4 milyon manatı qeyri-neft sektorunun payına düşüb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyard 591,5 milyon manat və ya 33,4 % çoxdur.

Dövlət büdcəsinin gəlirlərinin tərkibində qeyri-neft sektoru üzrə daxilolmaların xüsusi çəkisi 51,1 % təşkil etməklə proqnoz göstəricisinə (44,9 %) nisbətən 6,2 faiz bəndi artıb.

Həmçinin, 5 ayda dövlət büdcəsinin xərcləri 10 milyard 380,8 milyon manat proqnoza qarşı 10 milyard 450 milyon manat və ya 100,7 % icra edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 1 milyard 083,8 milyon manat və ya 11,6 % çoxdur.

Hesabat dövründə dövlət büdcəsində 1 milyard 992,4 milyon manat profisit yaranıb ki, bu da proqnoza qarşı 1 milyard 146,2 milyon manat və ya 2,4 dəfə çoxdur.
 
Son nəticədə dövlət büdcəsində 1 milyard 992,4 milyon manat büdcə artıqlığı (profisit) yaranıb”, - Nazirliyin məlumatında deyilir



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook