Azərbaycanın iki cüdo hakimi B kateqoriyası alıb
Oktyabr 04
03:09
2022
Azərbaycan Cüdo Federasiyasının (ACF) iki hakimi B kateqoriyalı beynəlxalq status alıb.
AZƏRTAC xəbər verir ki, Bəhriyyə Hüseynova və Elşad Əsədov Sloveniyanın Sele şəhərində Avropa Cüdo Birliyi (EJU) tərəfindən təşkil olunmuş imtahandan uğurla keçiblər.
Onlar ilkin olaraq nəzəri hissəyə dair, daha sonra oktyabrın 1-də və 2-də keçirilən böyüklər arasında Açıq Avropa Kuboku yarışlarında görüşləri idarə edərək praktiki imtahan veriblər.