Azərbaycanın qaytardığı erməni mayor həbs edildi
Dekabr 28
01:49
2021
Ermənistanın Apellyasiya Cinayət Məhkəməsində keçirilən prosesdə prokurorun şikayəti təmin edilib və Azərbaycan tərəfindən Ermənistana təhvil verilən mayor Narek Yeremyan barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Bu barədə erməni KİV-i məlumat yayıb.
Xatırladaq ki, bundan əvvəl məhkəmə Ermənistan ordusunun hərbi hissə komandirinin müavini, mayor Narek Yeremyanın həbsdə saxlanması barədə vəsatəti təmin etməyib, prokuror apellyasiya məhkəməsinə müraciət edib.
Yeremyan hərbi vəzifə və ya hərbi xidmət qaydalarını pozmaqda ittiham olunur. Bu cinayət işi üzrə hərbi xidmət qaydalarını pozmaqda təqsirləndirilən 5 hərbçi həbs edilib, bu maddə ilə onları 3 ildən 7 ilə qədər həbs gözləyir. (modern.az )