Azərbaycanın qaz ehtiyatları 2,5 trilyon kubmetr təşkil edir - BP
İyul 10
11:56
2021
Böyük Britaniyanın BP şirkəti Azərbaycanda təsdiq olunmuş qaz ehtiyatları üzrə qiymətləndirilməsini dəyişməyib.
Valyuta.az-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, 2020-ci ilin sonuna Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2,5 trln. kubmetr təşkil edib ki, bu da 2019-cu ilin göstəricisinə bərabərdir.
Qeyd olunur ki, 2000-ci ilin axırına bu göstərici 1 trln. kubmetr təşkil edirdi.
İcmala əsasən, 2020-ci ilin sonuna dünyada təsdiq olunmuş qaz ehtiyatları 188,1 trln. kubmetrə bərabər olub (Azərbaycanın payı – 1,3%), bu da illik ifadədə 1,16% azdır.