Azərbaycanın sığorta bazarının həcmi 6% azalıb
Mart 18
00:29
2017
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 23 sığorta şirkətinin xətti ilə 103,8 mln. manat sığorta haqqı toplanılıb. Maliyyə Bazarlarına Nəzarət
Palatasından "Report”a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 6% azdır.
Hesabat dövründə həyata keçirilmiş sığorta ödənişlərinin məbləği isə 43,9 mln. manat olub. Bu isə 1 il əvvələ nisbətən 10,2% çoxdur.
2017-ci ilin yanvar-fevral aylarında sığorta şirkətləri topladıqları hər 100 manat sığorta haqqının 42,3 manatını müştərilərinə geri qaytarıblar.
Bu nisbət 2016-cı ilin yanvar-fevral aylarında 36 manat olub.