"Azərbaycanın təbii qaz ehtiyatları 120 ilə bəs edəcək" - "Fitch"
Fevral 16
10:44
2021
2020-ci ilin əvvəlində təbii qaz hasilatının səviyyəsini nəzərə alaraq, Azərbaycanın təbii qaz ehtiyatları ölkəyə hələ 120 ilə yaxın bəs edəcək.
"APA-Economics" xəbər verir ki, bu, "Fitch Ratings" və BP-nin birgə apardığı hesablamaların nəticəsində məlum olub.
Beynəlxalq agentlik bildirir ki, bu göstəriciyə görə, Azərbaycan dünya lider ölkələrdən biridir və yalnız Qətərdən geri qalır. "Fitch"ə görə, 2019-cu ildə ölkənin qaz ehtiyatlarının həcmi qlobal ehtiyatların 0,8%-ni təşkil edib. Hasilatı nəzərə alaraq, Qazaxıstan da qaz ehtiyatlarına görə Azərbaycanla təxminən eyni səviyyədədir.