"Azərbaycanın təhlükəsizlik konsepsiyasında yeni vəzifələr və hədəflər müəyyənləşdirilir" - TŞ katibi
Oktyabr 10
10:15
2023
"Yeni reallıqlar Azərbaycanın hazırkı təhlükəsizlik mühitində və milli təhlükəsizlik siyasətinin müəyyən edilməsində əsas təməl oldu. Azərbaycanın təcavüzə məruz qalan ölkədən qalib dövlətə çevrilməsilə artıq təhlükəsizlik konsepsiyasında da yeni vəzifələr, istiqamətlər, hədəflər müəyyənləşdirilir, onu müasir dövrün çağırışlarına uyğun təkmilləşdirməyi zəruri edir".
"Report" xəbər verir ki, bunu Azərbaycan Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev indi yalnız ölkəmizin deyil, ümumilikdə Qafqazın yeni təhlükəsizlik sistemini və bu sistemin tərkib hissəsi kimi yeni geosiyasi, geoiqtisadi xəritəsini formalaşdırır:
"Əsrlər boyu çoxsaylı münaqişələrin, etnik çaxnaşmaların, dini təfriqələrin, separatçılıq savaşlarının hədəfi olan Qafqaz bölgəsi indi sülhə, etibarlı təhlükəsizlik mühitinə qovuşur. Bu proses bölgənin logistik və iqtisadi-ticari, enerji tərəfdaşlığı əhəmiyyətini artırır, yeni resurslarını üzə çıxarır. Prezident cənab İlham Əliyevin müəllifi olduğu yeni təhlükəsizlik konfiqurasiyası bölgənin bütün dövlətləri üçün tarixi fürsətdir, inkişaf üçün real zəmindir. Zəngəzur dəhlizinin açılması isə bütün regionun inkişafına təkan verə, o cümlədən bütün transmilli layihələrdən kənarda qalan Ermənistana böyük iqtisadi fayda gətirə bilər".