SON XƏBƏR

Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı növbəti danışıqlar iyulun 12-23-də Cenevrədə keçiriləcək

İyun 23
09:25 2016
Cenevrədə iyulun 12-23-də Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması istiqamətində danışıqlar keçiriləcək.
 
APA-nın məlumatına görə, bunu xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.
 
Nazir müavini bildirib ki, işçi qrupunun görüşləri olacaq: "Həmçinin daxili kənd təsərrüfatının dəstəklənməsi ilə bağlı çoxtərəfli görüşlər olacaq. Ola bilsin ki, 3 və ya daha çox ikitərəfli danışıqlar olsun. Biz artıq Rusiya, Səudiyyə Ərəbistanı və Norveçdən təklif almışıq. Biz nə vaxtsa ÜTT-yə üzv olacağıq. Danışıqlar gedir. Amma bunun nə zaman bitəcəyini demək çətindir".
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook