SON XƏBƏR

Azərbaycanın ÜTT-yə üzvlüyü üzrə növbəti danışıqlar keçiriləcək

May 17
12:26 2022
Bu il Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü üzrə növbəti danışıqlar keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə hazırlanmış "Azərbaycanda Biznes Mühiti-2021" hesabatında bildirilir.

"ÜTT-nin prinsip və qaydaları ticarətlə bağlı yeni qəbul edilmiş qanunvericiliyə və daxili normativ bazaya daxil edilir. Azərbaycan hökumətinin ötən il təqdim etdiyi məlumatlara əsasən, 2021-ci ilin iyul ayında İşçi Qrupun hesabatının ilkin variantının yeni versiyası yayılıb. Aİ da ticarətlə bağlı danışıqların hazırlanmasında və daxili islahatlar gündəliyinin həyata keçirilməsində Azərbaycan hökumətinə dəstəyini davam etdirib. 2020-ci ildən etibarən Aİ-nın maliyyələşdirdiyi "ÜTT -yə üzvlük danışıqlarında və ticarətlə bağlı digər fəaliyyətlərdə Azərbaycan hökumətinin fəaliyyətinin gücləndirilməsi " layihəsi yeni qanunvericiliyin hazırlanmasınI dəstəkləyib, institutsional islahatlara dair məsləhətlər verib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook