SON XƏBƏR

Azərbaycanın xarici borcunun ümumi məbləği bəlli oldu: Adambaşına düşən məbləğ

Mart 07
04:22 2019
Azərbaycanda adambaşına düşən xarici borcun məbləği bəlli olub.

ONA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Sənəddə qeyd edilib ki, Azərbaycanın əməkdaşlıq etdiyi müxtəlif beynəlxalq maliyyə-kredit qurumları ilə 2019-cu il yanvarın 1-i tarixinə bilavasitə hökumətə verilən və dövlət büdcəsi vəsaiti hesabına xidmət edilən ümumi məbləğ 14169,0 milyon ABŞ dolları ekvivalentində kredit sazişləri imzalanıb.

İmzalanmış sazişlər üzrə ayrılan kreditlərdən ümumilikdə 12,393,9 milyon ABŞ dolları ekvivalentində vəsait istifadə edilib.

2019-cu ilin 1 yanvar tarixinə istifadə edilmiş kreditlər üzrə ümumilikdə təqribən 3466,8 milyon ABŞ dolları məbləğində əsas borc qaytarılıb.

Dövlət zəmanəti ilə verilmiş xarici borcun qalıq məbləği borcalan təşkilatların təqdim etdiyi hesabat məlumatlarına əsasən, 2019-cu il 1 yanvar tarixinə 8927,1 milyon ABŞ dolları ekvivalentində olub.

Adambaşına düşən xarici dövlət borcunun məbləği 2018-ci ilin 1 yanvar tarixi ilə müqayisədə 54,5 dollar azalaraq, 2019-cu il 1 yanvar tarixinə 895 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatı Milli Məclisin martın 15-də keçiriləcək iclasında müzakirə ediləcək




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook