Azərbaycanın yeddi vətəndaşı Suriyadan Vətənə gətirilib
Fevral 21
10:30
2024
Azərbaycan hökumətinin gördüyü mərhələli və koordinasiyalı tədbirlər nəticəsində Suriya ərazisində yerləşən düşərgələrdə saxlanılan 5-i uşaq və 2-si qadın olmaqla 7 nəfər Azərbaycan vətəndaşı Vətənə repatriasiya edilib.
Qeyd olunub ki, ilk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilərək onların Türkiyə ərazisinə keçidi təşkil olunub.
İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyəyə ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub.