SON XƏBƏR

Azərbaycanla Aİ arasında təhlükəsizlik dialoqunun 5-ci raundu keçirilib

İyun 14
06:42 2024
"Avropa İttifaqının Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibinin siyasi məsələlər üzrə müavini Enrike Mora ilə Azərbaycan-Aİ təhlükəsizlik dialoqunun 5-ci raundunu keçirdik".

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" səhifəsindəki paylaşımında qeyd edib.

"Aİ-Azərbaycan əməkdaşlığının daha da artırılması, qarşılıqlı maraq doğuran regional və qlobal məsələləri müzakirə etdik. Azərbaycanın Aİ-nın dəyərli və etibarlı əməkdaşı olduğu vurğulandı", - paylaşımda deyilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook