Azərbaycanla BƏƏ-nin “Masdar” şirkəti arasında sənədlər imzalanıb
Oktyabr 26
16:27
2023
Bu gün Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan Hökuməti ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Masdar” şirkəti arasında sənədlərin imzalanması mərasimi olub.
Azərbaycan Hökuməti tərəfindən energetika naziri Pərviz Şahbazov, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və "Masdar”ın baş icraçı direktoru Məhəmməd Cəmil Əl-Ramahi "Azərbaycan Respublikası Hökuməti ilə "Abu Dhabi Future Energy Company – Masdar” şirkəti arasında Neftçala rayonunun Bankə qəsəbəsində Günəş elektrik stansiyası layihəsi ilə bağlı İnvestisiya müqaviləsi”ni, "Azərbaycan Respublikası Hökuməti ilə "Abu Dhabi Future Energy Company – Masdar” şirkəti arasında Biləsuvar rayonunda Günəş elektrik stansiyası layihəsi ilə bağlı İnvestisiya müqaviləsi”ni və "Azərbaycan Respublikası Hökuməti ilə "Abu Dhabi Future Energy Company – Masdar” şirkəti arasında Abşeron-Qaradağ rayonunda quruda külək enerjisi layihəsi ilə bağlı İnvestisiya müqaviləsi”ni imzalayıblar.