SON XƏBƏR

"Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını istəyirik" - ABŞ rəsmisi

Noyabr 29
13:26 2023
"ABŞ ardıcıl olaraq bəyan edib ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını istəyir. Son bir il ərzində biz iki ölkə arasında gedən danışıqları dəstəkləmişik”.

"Report” xəbər verir ki, bunu ABŞ-nin ATƏT-dəki səfiri Maykl Karpenter deyib.

O bildirib ki, ABŞ dövlət katibi Antoni Blinken Cənubi Qafqazda bütün ölkələrin maraqlarına cavab verən münasibətlərin normallaşması səylərində şəxsən iştirak edib: "Biz Ermənistan və Azərbaycan rəsmiləri arasında görüşlərin keçirilməsi üçün işləri davam etdirəcəyik. Bunu qiymətləndirmək tərəflərin özlərindən asılıdır”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook