Azərbaycanla Konqo arasında ikitərəfli münasibətlərin inkişafı müzakirə olunub
Mart 05
15:19
2024
Azərbaycanla Konqo arasında siyasi, enerji, iqtisadi, humanitar sahələrdə ikitərəfli münasibətlərin inkişafı müzakirə olunub.
"Report" xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu barədə Konqo Prezidentinin beynəlxalq strategiya üzrə müşaviri Francoise Joly ilə görüşünə dair "X" hesabındakı paylaşımında qeyd edib.