SON XƏBƏR

Azərbaycanla Monteneqro arasında birbaşa aviareys açılacaq

Mart 05
10:14 2018
Azərbaycan və Monteneqronu 2018-ci ilin iyulundan birbaşa aviareys bağlayacaq.
 
Bu barədə Trend-ə açıqlamasında Monteneqronun xarici işlər naziri Sercan Darmanoviç deyib.
 
Nazir bildirib ki, Bakı və Monteneqro arasında birbaşa aviareysin mövcudluğu iki ölkə arasında turizm əlaqələrinin genişləndirilməsi üçün əsas ilkin şərtdir:
 
"Artıq Bakı-Tivat-Bakı birbaşa çarter aviareysinin açılışı haqqında razılıq əldə olunub. Reyslər iyulun 5-dən sentyabrın 13-dək həftədə iki dəfə olmaqla yerinə yetiriləcək. Lakin ümid edirəm ki, gələcəkdə reyslərin sayı artırılacaq".
 
S.Darmanoviç qeyd edib ki, ölkəsi Azərbaycandan turist axınının artmasında maraqlıdır:
 
"Biz Monteneqroda Azərbaycandan daha çox turist görmək istərdik. 2015-ci ildə Monteneqro hökuməti Azərbaycan vətəndaşları üçün vizasız rejim tətbiq edib. Onlar mövcud pasportla vizasız Monteneqroya gələ və 90 gün ərzində qala bilərlər. Bununla belə, biz yalnız turistləri deyil, azərbaycanlı iş adamlarını, tələbə və mütəxəssisləri də görməyə şad olarıq".
 
Nazir əlavə edib ki, daha çox ölkəyə azərbaycanlı turist cəlb etmək üçün Monteneqronun Turizm Bürosu bu yaxınlarda Bakıda Azərbaycanın "PASHA Travel" turoperatoru ilə birgə uğurlu təqdimat keçirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook