SON XƏBƏR

Azərbaycanlı 250-dən çox sahibkar və gənc menecer Almaniyada təlim keçib

İyun 21
09:21 2016
"Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı"nın icra olunduğu 7 il ərzində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 277 sahibkar və gənc menecer Almaniyanın Karl Dyusberq, Baden-Vüttenberq və digər tədris mərkəzlərində təlim keçib, Berlin, Bonn, Hamburq və s. şəhərlərindəki müəssisələrdə qabaqcıl təcrübə ilə tanış olub, Almaniya şirkətləri ilə işgüzar əlaqələr yaradıblar.
 
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu barədə Bakı Biznes Tədris Mərkəzində "Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı" çərçivəsində sahibkar və gənc menecerlər üçün keçirilən beynəlxalq seminarda məlumat verilib.
 
İxtisasartırma kurslarının səmərəliliyinin qiymətləndirilməsinə həsr edilmiş tədbirdə İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), Almaniyanın ölkəmizdəki səfirliyinin, Almaniya Sənaye və Ticarət Palatasının, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) və müvafiq tədris mərkəzlərinin nümayəndələri, eləcə də 2015-ci ildə Almaniyada "İqtisadi kooperasiya" üzrə ixtisasartırma kursları keçmiş 35-dən çox sahibkar və gənc menecerlər iştirak edib.
 
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Elçin İbrahimov, Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov, ASK-nın şöbə müdiri Elnur Ələkbərov, Almaniya Federativ Respublikasının ölkəmizdəki səfirliyinin nümayəndəsi Kristina Siebka, Almaniya Sənaye və Ticarət Palatasının Azərbaycan üzrə nümayəndəliyinin əməkdaşı Kristina Məmmədova, GİZ-in layihələr üzrə rəhbəri Ronald Şults, eləcə də Almaniyanın tədris mərkəzlərinin nümayəndələri "Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı" və ixtisasartırma kurslarının uğurlu nəticələri barədə məlumat veriblər.
 
Qeyd edilib ki, proqramın icra olunduğu 7 il ərzində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 277 sahibkar və gənc menecer Almaniyanın Karl Dyusberq, Baden-Vüttenberq və digər tədris mərkəzlərində təlim keçib, Berlin, Bonn, Hamburq və s. şəhərlərindəki müəssisələrdə qabaqcıl təcrübə ilə tanış olub, Almaniya şirkətləri ilə işgüzar əlaqələr yaradıblar.
 
Tədbirdə, həmçinin ixtisasartırma kursunda iştirak etmiş menecerlər təqdimatla çıxış edib, proqram çərçivəsində əldə etdikləri uğurlu nəticələr, Almaniyanın müvafiq şirkətləri ilə yaradılmış işgüzar əlaqələr və imzalanmış biznes müqavilələri barədə iştirakçılara məlumat veriblər.
 
Seminar çərçivəsində Almaniyanın tədris mərkəzlərinin nümayəndələri tərəfindən "Liderlik və motivasiya" və "Strateji menecment" mövzularında treninqlər keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook