Azərbaycanlı alim Ərəbistan müftisini haqlı saydı
Yanvar 23
10:44
2016
Xəbər verildiyi kimi, Səudiyyə Ərəbistanın baş müftüsü Şeyx Əbdüləziz əl-Şeyx şahmatla bağlı fətva verib. Fətva islam dininə uyğun olmadığı, zaman itkisi olduğu və qumara təşfiq etdiyi səbəbiylə şahmatın qadağan edilməsinin vacib olduğunu bildirilib.
Professor Şahlar Əsgərov baş müftinin fətvasına aşağıdakı kimi münasibət bildirib: "Kamilləşən Düşüncə” kitabımda (Bakı, 2013) təklif etdiyim keyfiyyət meyarı ümumi mənafenin şəxsi mənafeyə nisbətini göstərir. Bu nisbət nə qədər böyük olsa, cəmiyyət kamilliyə doğru, nə qədər kiçik olarsa geriyə doğru gedir. Bu konsepsiyadan şahmat oyununa baxsaq, görərik ki, şahmat şəxsi mənafeni inkişaf etdirir. Oyun əqli inkişaf etdirsə də, insanı şəxsi mənafe (eqaistliyə) tərəfə çəkir. Əgər insanlara sual versəniz ki, şahmat yaxşıdır, yoxsa futbol? Şahmatı seçənlər özünüsevən, futbolu seçən cəmiyyəti sevən olmasına şübhə etməyin. Bu deyilənləri Səudiyyə Ərəbstanının baş müftisi Şeyx Əbdüləziz əl-Şeyxin Fətvasının elmi əsası saymaq olar. Çünki, Allah da özünü yox, ictimaiyyəti sevənləri bəyənib”.
turkustan.info