Azərbaycanlı alimlərin elmi əsəri “ELSEVİER” nəşriyyatına daxil olan nüfuzlu jurnalda dərc edilib
Oktyabr 16
03:55
2023
Türkiyənin Yıldız Texniki Universitetinin professoru, AMEA-nın müxbir üzvü Surxay Əkbərovun, Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırovun həmmüəllifi olduğu məqalə çap olunub.
AZƏRTAC xəbər verir ki, "ELSEVİER” nəşriyyatına daxil olan "Journal of Sound and Vibration” 4.7 impakt faktorlu jurnalda dərc edilən məqalə "Sıxılan özlü olmayan mayeyə batırılmış homogen olmayan ön gərginlikli içi boş dairəvi silindirdə yayılan boyuna oxa simmetrik dalğaların dispersiyası” adlanır.
Bunlardan başqa qeyd edək ki, son illər həmmüəlliflərin ərsəyə gətirdiyi onlarla elmi aktual məqalə ABŞ, Avropa və Asiyanın yüksək reytinqli jurnallarında nəşr olunub. Bu da elmimizin təbliği istiqamətində son dərəcə əhəmiyyətli hadisədir.