SON XƏBƏR

Azərbaycanlı atlet Nursultan Nazarbayevlə görüşdü

Avqust 02
13:19 2016
Azərbaycan Ağır Atletika Federasiyasında bəzi problemlərlə qarşılaşıb ölkəsini tərk edən atletimiz Nicat Rəhimov Rioda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edəcək. 
 
Qaynarinfo.Az xəbər verir ki, o, Olimpiadada Qazaxıstanı təmsil edəcək. 
 
Bir neçə gün öncə azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimov Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə görüşüb. Görüş ölkə rəhbərinin Rio Yay Olimpiya Oyunlarına lisenziya qazanan idmançıların qəbulu zamanı olub.
 

 
Nazarbayev Olimpiadada iştirak hüququ qazanan 102 idmançıdan 35-ni qəbul edib. Bu atletlər sırasında Azərbaycan yığmasından imtina edərək Qazaxıstan millisini seçən dünya çempionu Rəhimov da olub. Prezident yığmada yer alan idmançılara inandığını vurğulayaraq, onlara uğurlar arzulayıb.
 
Uzun müddətdir gözlədiyni əldə edən edən, Olimpiadada iştirak arzusunu reallaşdıran həmyerlimiz görüşdən sonra "İnstaqram” hesabından şəklini paylaşaraq xüsusi bir mesaj göndərib və belə rəy yazıb: "Gözləməyi bacaranlar üçün hər şey öz vaxtında gəlir”.

Xatırladaq ki, Azərbaycan Ağır Atletika milli komandasının sabiq bolqar baş məşqçisi Zlatan Vanevlə problemlər yaşadığına görə, Nicat Rəhimov yığmamızı tərk edib. 2 illik diskvalifikasiyadan sonra Qazaxıstan yığmasının şərəfini qoruyan Rəhimov bu ölkənin idmançısı kimi ötən il ABŞ-ın Hyuston şəhərində dünya çempionu olub. 11 gündən sonra 23 yaşını qeyd edəcək Nicatdan Olimpiadada da medal gözlənilir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook