Azərbaycanlı ekstrasens NTV-dən 5 milyon istədi
İyun 30
09:48
2016
Rusiyada yaşayan və "Bitva ekstrasens” yarışmasının iştirakçısı azərbaycanlı Zirəddin Rzayev NTV kanalını məhkəməyə verib.
Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, ekstrasens telekanal rəhbərliyindən 5 milyon rubl (təxminən 120 min manat) istəyib. Buna səbəb NTV-də yayımlanan "Ehtiyatlı olun, fırıldaqçılar: ekstrasenslər rusiyalılara necə təsir edirlər?” adlı verilişdə onun fotosunun nümayiş edilməsi olub. O, bu verilişin onun işgüzar nüfuzunu aşağı saldığını iddia edib.
Z.Rzayev telekanalın ona vurduğu mənəvi ziyana görə 5 milyon verməsini və həmin süjetin bütün internet kanallarından silinməsini, ondan üzr istənməsini tələb edir.

"Onlar efirdə məni tibbi təhsil almamaqda və lisenziyasız çalışmaqda günahlandırdılar. Məndə bunların hamısı var. Mən xəstəxanada çalışan psixoloqam. Həmin verilişdə fotomun istifadə edilməsinə icazə verməmişəm. Mən bu məsələdə qalib olacağım. Çünki qanunlarımıza arxayınam. Əgər lazım gələrsə, Putinin yanına gedib, haqqımı tələb edəcəyəm” deyə, ekstrasens bildirib.