SON XƏBƏR

Azərbaycanlı idmançı Gürcüstan Kikboksinq və karate Federasiyasının prezidenti təyin olunub

Avqust 08
02:42 2020
Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonundan olan idmançı Faiq Məmmədov Gürcüstan Kikboksinq və karate Federasiyasının prezidenti təyin edilib.
 
APA-nın Gürcüstan bürosu xəbər verir ki, 43 yaşlı idmançı daha əvvəl Gürcüstan Taekvando Federasiyasının vitse-prezidenti olub, həmçinin, özünün təsis etdiyi Sayokan Federasiyasına rəhbərlik edib.

O, yeni yarışlar keçirməyi düşündüyünü və gənc idmançıları yüksək səviyyəli yarışlara çıxaracağını bildirib.

Qeyd edək ki, 31 illik peşəkar idmançı karyerasına malik F.Məmmədovun yetirmələri arasında 4 Dünya çempionu, 1 Avropa çempionu var.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook