Azərbaycanlı məşhur aşığın 50-dən çox "KamAZ"ı var? (İDDİA)
Yanvar 05
09:55
2018
Məşhurlar həyatlarını sığortalamaq üçün sanki yarışa girir. Müğənnisi, aktyoru, aparıcısı, modeli fərqi yoxdur, bütün dünyada əksər tanınmışların özlərinəməxsus ikinci işi, yəni şəxsi biznesi olur.
Azərbaycanda da vəziyyət belədir. Bəziləri bunu reklam etməyə səy göstərsə də, çoxları gizlin saxlamağı üstün tutur.
Qlobal.az modern.az-a istinadən xəbər verir ki, Aşıq Əli Tapdıqoğlunun 50-dən artıq böyük tonnajlı yük maşını var. O, qardaşları ilə birlikdə qum, çınqıl biznesi və nəqliyyat işləri ilə məşğuldur.
Məlumat dəqiq olsa da, Aşıq Əli sayta açıqlamasında bunu təkzib edib: "Düzdür, həm xaricdə, həm də Azərbaycanda sənətindən əlavə, bizneslə məşğul olan insanlar var. Amma açığı, mənim heç bir biznesim yoxdur. Dolanışığım da sənətdəndir. Həmçinin, hər hansı yük maşınlarım, qum, çınqıl biznesim də yoxdur”.
O, qeyd edib ki, aşıq sənətilə ailəni dolandırmaq mümkündür: "Adam var, 300 manat maaş alır, bunun içində gəzməyi, yeməyi, başqa xərcləri də var, amma dolanır. Adam da var, aylıq 20-30 min manat gəliri var, amma yenə də çatdıra bilmir. Aşıq sənəti ilə də dolanmaq olar, niyə olmur ki...?! Ümumiyyətlə, seçdiyin sənət gəlir gətirirsə, deməli ailəni dolandırırsan. Bu, artıq insanın özündən asılı olan bir şeydir”.
Aşıq Əli həmçinin hazırkı aşıq sənətinin vəziyyətindən də söz açıb. Bildirib ki, indi aşıq sənətinə maraq daha da yüksəlib: "Düzdür, gənclərin hardasa 20-30 faizi bu sənətə maraq göstərmir, amma qalan 70-80 faiz aşıqlıq sənətini sevir. Deyim ki, bu gün aşıqlarımızın hamısı sevilir, düz olmaz. Bizim getdiyimiz məclislərdə, toylarda aşıq sənəti qəbul olunmayan səviyyədədir. Amma biz onu qəbul etdirmişik. Yəni çıxışlarınla aşıq sənətini sevməyənə də sevdirmək lazımdır.
Bir sənəti hamı sevə bilməz. Ümumiyyətlə, bir insanı da hər kəs sevə bilməz, normal haldır. Əslində aşıq sənətini sevdirmək çətin deyil, sadəcə olaraq insan psixologiyasını bilmək lazımdır. Qarşındakı insanın zövqünü bilməlisən. Bir məclisə gedən zaman düşünməlisən ki, dinləyiciyə hansı havanı oxumalıyam ki, qulaq assın. Amma hər adam bunu bacarmır”.

Qlobal.az