Azərbaycanlı milyarder “Forbes”in siyahısında ruslar arasında ilk beşlikdə
Aprel 08
10:35
2020
"Forbes” jurnalı dünyanın ən zəngin insanlarının illik reytinqini dərc edib.
"Report” xəbər verir ki, rusiyalılar arasında top-20-də futbolla əlaqəsi olan bir neçə biznesmen, o cümlədən azərbaycanlı, 1950-ci ilin 1 sentyabrında Bakıda anadan olmuş "LUKoil" şirkətinin başçısı, "Spartak" futbol klubunun şəriki Vahid Ələkbərov da yer alıb.
"Spartak"ın şəriki Vahid Ələkbərov reytinq siyahısında 15,2 milyard ABŞ dolları ilə beşinci yerdə qərarlaşıb.
Qeyd edək ki, "Spartak" futbol klubunun sahibi Leonid Fedun reytinqdə 6,4 milyard ABŞ dolları ilə 20-ci yerdə qərarlaşıb. 2020-ci ilin martında "Spartak" futbolçuların maaşlarını 40% azaldıb.
"Monako"nun sahibi Dmitri Rıbolovlev siyahıda 6,6 milyard ABŞ dolları ilə 17-ci yer tutub. "Anji”nin keçmiş sahibi Süleyman Kərimov (10 milyard ABŞ dolları) siyahıda 13-cü yerdə qərarlaşıb.