Azərbaycanlı milyonçudan 100 illik neft proqnozu
İyun 24
04:16
2016
Vahid Ələkbərov bəşəriyyətin hələ 100 il bundan belə neftdən asılı olacağını deyib.
"Bəşəriyyət hələ 100 il neftdən qurtula bilməyəcək".
ANS PRESS-in məlumatına görə, bu sözləri azərbaycanlı milyonçu, "Lukoyl" şirkətinin prezidenti Vahid Ələkbərov deyib.
Sankt-Peterburq İqtisadi Formunda Vahid Ələkbərova sual veriblər ki, "neftdən sonra həyat varmı?”. O isə suala belə cavab verib: "Neftdən sonra həyat mövcud deyil".
Vahid Ələkbərov bundan əvvəl mətubata verdiyi açıqlamada demişdi ki, neftin qiymətinin düşməsi pik həddi keçib.
"Mənim fikrimcə, neft hasilatının dondurulması barədə danışıqları bərpa etməyə ehtiyac yoxdur”, - Ələkbərov bildirib.
O, jurnalistlərə açıqlamasında deyib ki, neftin 30 dollardan aşağı düşməsi ehtimalı yoxdur. Şirkət rəhbəri neftin qiymətinin ədalətli həddini də açıqlayıb. "Bu gün biz düşünür ki, barrelə görə ədalətli qiymət 60 dollar civarındadır".