SON XƏBƏR

Azərbaycanlı qadın Rusiya miqrasiya xidmətində qanunsuz işləyib

Fevral 27
00:26 2019
Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri Kuntsevo rayonu üzrə miqrasiya bölməsində iki ay müddətində Azərbaycan vətəndaşı olan qadın işləyib. Paytaxt prokurorluğunun məlumatına görə, həmin şəxs işdən uzaqlaşdırılıb və cərimələnib.

Fakt Kuntsevo Prokurorluğunun apardığı araşdırmalar zamanı üzə çıxıb. 

"Rayonun miqrasiya idarəsində 2018-ci ilin noyabrından əcnəbi şəxs faktiki olaraq qanunsuz fəaliyyətlə məşğul olub”, - məlumatda bildirilib. 

Araşdırmalar zamanı həmin şəxsin sənədlərinin federal qanunvericiliyin tələblərinə uyğun gəlmədiyi müəyyənləşib. 

Bildirilib ki, miqrasiya idarəsində işləyən qadın Azərbaycan vətəndaşıdır. 

O, Rusiya Federasiyası ərazisində əcnəbi vətəndaşın və ya vətəndaşlığı olmayan şəxsin qanunsuz fəaliyyəti ittihamı ilə inzibati məsuliyyətə cəlb edilib və məhkəmənin qərarı ilə beş min rubl (təxminən 130 manat - red.) məbləğində cərimələnib. 

Bundan başqa, bölmə rəisini də sərt cəza gözləyir.(oxu.az)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook