SON XƏBƏR

Azərbaycanlı şahmatçı Melburn turnirində liderlik edir

Yanvar 07
14:17 2016
Melburnda "Avstraliya-2016” şahmat üzrə açıq çempionat keçirilir. Turnirdə 34 şahmatçı, o cümlədən azərbaycanlı beynəlxalq usta Kənan İzzət iştirak edir.
 
AZƏRTAC xəbər verir ki, turnir Melburn şahmat klubunun 150 illik yubileyinə həsr olunub.
 
Kənan İzzət dörd turdan sonra yüz faizlik nəticə ilə liderlik edir. Yerli şahmatçılar Karl Zelesko və Bobbi Çen ondan yarım xal geri qalırlar. İsveçrə sistemi üzrə keçirilən yarış 11 turdan ibarətdir.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook