SON XƏBƏR

Azərbaycanlı tələbənin memarlıq layihəsi beynəlxalq mükafata layiq görülüb- FOTO

İyul 08
09:06 2016
Vyanada təhsil alan gənc azərbaycanlı tələbənin layihəsi Vyana Beynəlxalq Mərkəzinin 2016-cı il üzrə memarlıq müsabiqəsində uğurla iştirak edib. Vyana Texniki Universitetinin memarlıq fakültəsində şəhərsalma ixtisası üzrə təhsil alan Səbinə Kamilin hazırladığı və BMT-nin Avstriya paytaxtındakı bölməsinin yerləşdiyi Vyana Beynəlxalq Mərkəzinin önünü təbii enerji resurslarından səmərəli istifadə edilməklə abadlaşdırılmasını nəzərdə tutan layihə qurumun müvafiq münsiflər heyəti tərəfindən üçüncü yerə layiq görülüb.

Müsabiqədə Avstriyanın memarlıq ixtisası tədris olunan bütün ali məktəblərindən 100-dək layihə iştirak edib. Onlardan yalnız 14 layihə müsabiqənin yekun mərhələsində iştirak hüququ əldə edib. Gənc azərbaycanlı memar isə öz qeyri-adi layihəsi ilə münsiflər heyətinin marağını cəlb edib.

Maket və layihələr iyul ayının 17-dək BMT-nin Vyana bölməsinin yerləşdiyi binanın əsas girişində nümayiş olunacaq.

Qeyd edək ki, hazırda Səbinə Kamil dünya memarlığının incilərindən olan Heydər Əliyev Mərkəzinin üçölçülü (3D) formatı üzərində işləyir. Yaxın zamanlarda Vyana Texniki Universitetində dünyanın tanınmış memarlıq obyektlərinin 3D formatında layihələrinin təqdimatı keçiriləcək.(Azərtac)
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook