Azərbaycanlı xanəndə ABŞ şirkətiylə 5 illik müqavilə imzaladı
Fevral 10
12:40
2022
Əməkdar artist, Prezident təqaüdcüsü Qocaq Əsgərovun Amerikada albomu işıq üzü görəcək.
Bunu Qaynarinfo-ya onun xanəndənin özü məlumat verib. Sənətçi Amerikada fəaliyyət göstərən şirkətlərin biri ilə 5 illik müqavilə imzalayıb:
"Hazırda Amerika ilə iş birliyi qurmuşuq. Orada böyük bir albomum hazırlanır. Albom işıq üzü görəndən sonra Azərbaycana da gətiriləcək. Pandemiya dövründə Amerikadan dəvət aldım. Onlar mənim onlayn formatda canlı yayımla böyük bir konsert verməyimi istədilər. Konsertin 15 minə yaxın izləyicisi vardı. Konsertdən sonra Amerikada fəaliyyət göstərən təşkilatların birindən dəvət aldım. Mənə iş birliyi təklif elədilər, razılaşdıq. Hazırda həmin şirkətlə 5 illik müqavilə imzalamışam. Bundan əlavə, böyük bir layihə üzərində iş gedir. Amma hələ bu layihə ilə bağlı açıqlama vermirik. Əgər baş tutsa, layihə ilk mərhələdə Azərbaycanda keçiriləcək, sonra isə onu dünya turuna çıxarmağı düşünürük”.
Qocaq Əsgərov Avropa ölkələrindən aldığı dəvətlərin pandemiya səbəbindən təxirə salındığını vurğulayıb:
"Azərbaycanda dövlət tərəfindən həmişə mənə dəstək var. Ən böyük dəstəyi də Heydər Əliyev Fondu tərəfindən alıram. Bundan əlavə, Mədəniyyət Nazirliyi də mənə dəstək olur, festivallarda müəyyən çatışmazlıqlar olanda onları həll edirlər. Mənim seçdiyim janr toy musiqilərindən uzaqdır. Bu musiqi janrının dinləyicisi də azdır. Çünki ağır janrdır”.
Xanəndə həmçinin toylara da getdiyini deyib:
"Amma dost-tanışların toylarından dəvət alanda gedirəm. Ancaq tanıdığım adamların məclisində iştirak edirəm”.