Azərbaycanlıya məğlubiyyəti həzm edə bilməyən erməni güləşçidən etiraz
Aprel 08
15:22
2019
Xəbər verdiyimiz kimi, Azərbaycan sərbəst güləşçi Hacı Əliyev Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında Ermənistan təmsilçisini məğlub edib.
65 kq çəki dərəcəsində çıxış edən 28 yaşlı dünya və Avropa çempionu 1/8 final mərhələsində Vazgen Tevanyanıməğlubiyyətə uğradıb. Əliyev ilk hissədə rəqibini xalçadan çölə çıxararaq bir xal qazanıb. Daha sonra Ermənistan idmançısının qolundan zədə almasına görə görüş bir az yubanıb. Azərbaycan təmsilçisi üstünlüyünü ikinci hissədə də qoruyaraq, adını 1/4 finala yazdırıb.
Qlobal.az xəbər verir ki, məğlubiyyəti həzm edə bilməyən Tevanyan final fiti səsləndirildikdən sonra ayağa qalxmaq istəməyib. O, hakimə qarşı narazı jestlər də nümayiş etdirib.