SON XƏBƏR

“AzerGold” 5 illik fəaliyyətinə yekun vurub

Fevral 07
12:45 2022
"AzerGold" QSC fəaliyyət göstərdiyi 5 il ərzində 255,6 min unsiya qızıl, 484,5 min unsiya gümüş hasil edib.

"Report”un məlumatına görə, bunu səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında bildirib.

"Ötən il də "AzerGold” yataqların mineral-xammal resurslarından istifadənin səmərəliliyinin yüksəldilməsi və istehsalat proseslərinin optimallaşdırılması üzrə bir sıra vacib addımlar atılıb. Hesabat ilində hasilat göstəriciləri 61,5 min unsiya qızıl, 134,4 min unsiya gümüşə çatdırılıb. Beləliklə, qızıl hasilatı plandan 11 %, gümüş hasilatı isə 55 % daha artıq icra edilib. 2020-ci illə müqayisədə 2021-ci ildə qızıl hasilatı üzrə 2,5 %, gümüş hasilatı üzrə 10,9 % artım qeydə alınıb”, - deyə o, qeyd edib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook