“AzerGold”un Müşahidə Şurasının 2022-ci il üzrə sonuncu iclası keçirilib
Dekabr 30
12:30
2022
"AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Müşahidə Şurasının 2022-ci il üzrə sonuncu iclası keçirilib.
İclasda çıxış edən Müşahidə Şurasının sədri M.Eynullayev Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilən struktur islahatlarının məntiqi davamı olaraq ölkə iqtisadiyyatının müasir çağırışlara cavab verməsi məqsədi ilə yaradılan Azərbaycan İnvestisiya Holdinqi ilə QSC arasında fəaliyyətin qarşılıqlı əməkdaşlıq müstəvisində uğurla davam etdirildiyini qeyd edib. O, Holdinq tərəfindən qabaqcıl təcrübə və müasir idarəetmə tələbləri çərçivəsində Səhmdar Cəmiyyətin fəaliyyətində səmərəliliyin daha da artırılması, onun idarə edilməsinin müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirməsi istiqamətində görülən işlərin "AzerGold” QSC-nin cari il ərzində fəaliyyətində müsbət dinamikanın davam etdirilməsi ilə müşayiət olunduğunu diqqətə çatdırıb.
M.Eynullayev bildirib ki, Səhmdar Cəmiyyətin 2022-ci il üzrə ilkin iqtisadi və maliyyə göstəriciləri, strateji əhəmiyyətli layihələrin icrası istiqamətində həyata keçirdiyi tədbirlər orta və uzunmüddətli vədədə qarşıya qoyulan hədəflərə nail olunmasında pozitivliyin qorunub saxlanıldığını deməyə əsas verir.