SON XƏBƏR

“Azeri Light” bahalaşdı

Noyabr 30
10:00 2023
Dünya bazarlarında "Azeri Light” (CIF) markalı Azərbaycan nefti yenidən bahalaşıb.

Qlobal.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,33 ABŞ dolları, yaxud 0,38 % artaraq 86,1 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, ötən gün neftimiz 85,77 ABŞ dollarına ticarət edilib.

Qeyd edək ki, "Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook