"Azərinşaatservis" MMC-nin işçiləri etiraz aksiyası keçirəcək
Oktyabr 12
22:02
2015
Musavat.com-a daxil olan məlumata görə, işlədikləri təqdirdə 4 aydır əmək haqqı almayan şirkət əməkdaşları artıq buna qarşı öz etirazlarını bildirmək qərarına gəliblər.
Belə ki, şirkət 4 aydır əmək haqqı vermədiyi fəhlələrini bir ay öncə ümumiyyətlə işdən azad edib. Buna görə də işçilər quruma aid Müşfiqabad qəsəbəsində yerləşən obyektdə toplaşıb, oradan isə "Azəryolservis" ASC-nin baş ofisinin qarşısına gedərək, öz haqlarını tələb etməyi planlaşdırırlar.
Aksiyada şirkətdə çalışmış müxtəlif rayon sakinlərinin iştirak etməsi gözlənilir. Aksiyanın dəqiq vaxtı hələ ki, bəlli deyil.