SON XƏBƏR

“Azərişığ”ın 1.5 milyonluq tenderi ilə bağlı qalmaqal

Avqust 09
11:14 2019
""Azərişıq” ASC-nin Abşeron rayonunun ərazisində torpaq sahələrinin suvarma sisteminin xarici elektrik təchizatı işlərinin həyata keçirilməsi üçün, güya, tender elan edib. Nə hikmətdirsə, tenderi cəmi 6 ay əvvəl yaradılmış "Tikinti Təmir RR" şirkəti udub və artıq 1 549 307 manatlıq müqavilə imzalanıb".

Qaynarinfo xəbər verir ki, bunu tanınmış iqtisadçı ekspert Natiq Cəfərli deyib. 

"Bu şirkətin nə təcrübəsi var, nə əlavə müqavilələri, nizamnamə kapitalı da cəmi 10 manatdır, - deyə o əlavə edib. - Qanun deyir ki, tenderi udmaq üçün şirkətlərin azı 3 illik təcrübəsi, audit hesabat olmalıdı, amma deyəsən bu şirkətin yeganə uğuru məmur qohum-əqrabası olmasıdır, yəni adamlar doğuşdan şanslıdırlar. 

Deyəcəksiz ki, 1 mln 550 min manat nə puldu ki, ölkədə milyardlar yeyilir - haqlı ola bilərsiz, amma büdcə pulunu, dövlət şirkətlərinin pulunu məhz belə, xımır-xımır gəmirirlər, əvəzində dövlətçilikdən-zaddan danışırlar".
 
Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook