"Azərişıq" vergi borcu olan şirkəti milyonluq tenderin qalibi elan etdi
Fevral 04
11:51
2021
"Azərişıq" ASC güc transformatorlarının əsaslı təmiri xidməti ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "ATEF Şirkətlər Qrupu" MMC-dir.
Qalib şirkətə 950 min manat ödəniləcək.
Qlobal.Az