"Azərişıq"dan inanılmaz tender maxinasiyası: 300 min manatlıq iş...
Fevral 01
20:51
2021
"Azərişıq" ASC Bakı ərazisində enerji təchizatı şəbəkəsinə qoşulma ilə bağlı daxil olan, həmçinin Dünya Bankının "Doing Business” hesabatında "Azərişıq” ASC-nin reytinqinin qiymətləndirməsi zamanı nəzərə alınan müraciətlərin icra müddətinə 1 illik nəzarət edilməsi xidmətinin satın alınması üzrə tenderi başa çatdırıb.
Qaynarinfo xəbər verir ki, yanvarın 30-da keçirilən tenderin qalibi keçən ilin iyul ayında Xırdalan şəhərində 20 manat nizamnamə kapitalı ilə təsis edilən şirkət olub.
Dövlət Elektron Satınalmalarının Vahid Portalının məlumatlarına görə, "Uni Energy Services” MMC öz xidmətlərini 295,236 manat (173,6 min dollar) qiymətləndirib.

Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması lazımdır. Tender müsabiqəsində cəmi 6 ay əvvəl yaranan bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı da aydın deyil.
Qlobal.az