“Azərişıq”ın 4,4 milyon manatlıq tenderini 4 manatlıq şirkət uddu
Aprel 27
20:52
2021
"Azərişıq” Açıq Səhimdar Cəmiyyətinin elan etdiyi tenderin qalibi məlum olub.
Qlobal.az Yeniavaz.com-a istinadən xəbər xəbər verir ki, qurum tərəfindən ” Elektrik avadanlıqların məsafədən avtomatik idarə olunması üçün elektromaqnitli aparatların satın alınması” məqəsədilə keçirilən tender müsabiqəsinin qalibi "Sabah Constraction” MMC olub.
"Azərişıq” ASC qeyd olunan məhsullara görə "Sabah Constraction” MMC-yə 4 milyon 447 min 8 manat 77 qəpik ödəycək.
Məlumat üçün bildirək ki, "Sabah Constraction” MMC 04.11.2015-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 4 manat olan MMC-nin hüquqi ünvanı Beyləqan rayonu, Təzəkənd kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Qafarov Cəlal Məmməd oğludur.