SON XƏBƏR

“Azərlotereya”-nın əməkdaşlıq etdiyi şirkət texnoloji sistemlə uduş saylarının azaldırmış

Dekabr 15
11:39 2022
"Azərlotereya” ASC-nin lotoreyalarının çap edildiyi qumar texnologiyası nəhəngi Scientific Games şirkətinin uzun illərdir hansı fəaliyyətlə məşğul olduğundan yəqin ki, çoxları xəbərsizdir.
 
Tribunainfo.az məlumat verir ki, bu şirkətin adı 2015-ci ildən ciddi hadisələrdə hallanıb. Xüsusi texnoloji sistemlə uduş saylarının azaldımasından tumuş, milyonlarla manat olan borcu, daha sonra şirkətin başqa bir şirkətlə birləşdirilməsi və ən əsası ABŞ-da qəbul edilməməsi ciddi hallardır. Məhşur "5 Card Cash” oyunu qalmaqalı daha bariz faktlardan ən birincisidir. Scientific Games tərəfindən "firmware” adlanan proqram təminatından istifadə isə daha biabırçı faktlar idi.

Belə şirkətlər üçün vacib olan hal yalnız pul qazanmaq, böyümək, borcunu ödəmək və güclənməkdir. Lotoreyaların insanlara, cəmiyyətlərə hansı formada ziyan vuracağı bu şirkətləri qətiyyən maraqlandırmır.

Bütün bunların fonunda Azərbaycanda satılan qumar lotoreyaları da Scientific Games tərəfindən hazırlanır. Onlara pul qazanmaq lazımdır…

Zəruri qeyd!

Dünyanın əksər ölkəsi, xüsusilə ABŞ-ın 30-dan çox ştatında qumar lotoreya oyunları qadağan edilib. Scientific Games şirkəti isə idman mərc lotoreyalarının hazırlanmasından imtina edib. Çünki futbol mərc oyunlarında daha böyük məbləğlər və oyuncular var. Onları aldatmaq o qədər də asan deyil. Azərbaycandakı Həsəni, Məmmədi 1 manatlıq qumar lotoreyası ilə aldatmağa nə var ki…
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook