SON XƏBƏR

Azərqarant” sığorta şirkəti bağlandı

Noyabr 08
12:53 2016
Azərbaycanda daha bir sığorta şirkəti bağlandı. Söhbət "Azərqarant” sığorta şirkətindən gedir 

Bu barədə açıqlamasında sığorta şirkətinin idarə heyətinin sədri Rəşad Məmmədov bildirib.

Onun sözlərinə görə, yeganə səmhdar Əliyev Oktay Abbas oğlunun qərarı ilə sığorta şirkəti noyabr ayının 1-dən etibarən fəaliyyətini dayandırıb.

Buna səbəb isə sığorta şirkəti kapital çatışmazlığı ilə üzləşməsi olub. Belə ki, sığorta şirkəti kapitalını proporsional olaraq 3 bankda saxlayıb- "Nikoil Bank”, "Rabitə Bank” və "Atrabank”da. Sonuncu bank Mərkəzi Bankın qərarı ilə bu il yanvar ayının 27-də bağlanıb.

Maliyyə Bazarların Nəzarət Palatası isə bağlanan bankdakı hesabı nəzərə almayaraq sığorta şirkətinin kapitalını artırması ilə bağlı "Azərqarant”a müraciət edib. Çatışmayan kapital 2 milyon manatdan bir qədər artıq olub. Palata kapitalın artırılması üçün sığorta şirkətinə oktyabr ayının sonuna kimi vaxt verib. Amma bu müddətdə sığorta şirkətində kapital artımı mümkün olmayıb. R.Məmmədov bildirib ki, sığorta şirkətinin bir səhmdarı olduğu üçün kapital artımı mümkün olmayıb və belə olanda halda sığorta şirkətinin fəaliyyətinə xitam verilməsi qərara alınıb.

O əlavə edib ki, noyabr ayının 5-dən etibarən sığorta şirkətində ləğvedici komissiya yaradılıb. Komisayanın sədri Rəşad Məmmədov özü, üzvləri isə baş mühasib Tamella Tağıyeva və təftiş komisiyasının sədri Günel Xəlilovadır. Komisiya öhdəliklərin yerinə yetirilməsinə başlayıb. Hələlik sığorta öhdəliyi ilə bağlı sığorta şirkətlərindən hər hansı müraciət edilməyib.

R.Məmmədov bildirib ki, böyük ehtimalla öhdəlikləri sığorta şirkəti özü yerinə yetirəcək.Amma bunun bağlı hələlik müzakirələr davam edir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook