SON XƏBƏR

"Azərreyl" növbəti mərhələdə

Oktyabr 19
07:42 2023
Azərbaycanı Çağırış Kubokunda təmsil edən qadın voleybolçulardan ibarət "Azərreyl” klubu ikinci oyununa çıxıb.

Qlobal.az xəbər verir ki, komanda 1/32 finalın cavab matçında Ukraynanın "Balta” kollektivi ilə qarşılaşıb.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan qarşılaşmada "Azərreyl” rəqibini 3:0 (25:23, 25:15, 25:19) hesabı ilə məğlub edib.

Bununla da Azərbaycan təmsilçisi 1/16 finala vəsiqə qazanıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook