"Azərstar" Hollandiya və Danimarkaya 22 ton fındıq ixrac edəcək
Oktyabr 13
16:11
2017
Almaniyanın Köln şəhərində keçirilmiş "ANUGA" Beynəlxalq Ərzaq Sərgisi çərçivəsində Azərbaycanın fındıq istehsalçısı "Azərstar" Hollandiya və Danimarkanın satış və qənnadı məmulatlarının istehsalı ilə məşğul olan şirkətləri ilə iki müqavilə imzalayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Yusif Abdullayev deyib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Yusif Abdullayev deyib.
"Müqavilələrə əsasən, "Azərstar" şirkəti oktyabr və dekabr aylarında bu ölkələrin hər birinə ilkin mərhələdə 22 ton fındıq ixrac edəcək. "Azərstar", həmçinin İsveçrəyə 22 ton fındıq ixracına dair danışıqlar aparıb. "Xan EL" şirkəti isə 40 ton fındığın İtaliyaya ixracına dair bu ölkənin şokolad istehsalçısı ilə müqavilə imzalayıb.
"Aqrovest" MMC Azərbaycan fındığının Hollandiya, Belçika və Lüksemburqa ixracına dair Hollandiya şirkəti ilə danışıqlara başlayıb. "Azerbaijan Hazelnut Exporters Consortium" (AHEC) isə İtaliyaya 48, Çexiya və Yunanıstana isə hər birinə 22 ton fındıq ixracına dair ilkin razılıqlar əldə edib", - deyə AZPROMO-nun vitse-prezidenti diqqətə çatdırıb.