SON XƏBƏR

""Azərsu" yarıtmaz idarəçiliyin hakim olduğu dövlət şirkətlərindən biridir" - Şahin Cəfərli

Yanvar 05
16:31 2021
""Azərsu" yarıtmaz idarəçiliyin hakim olduğu, zərərlə işləyən dövlət şirkətlərindən biridir". 

Bunu siyasi şərhçi Şahin Cəfərli yazıb. 

"Fotodakı 22 mərtəbəli əzəmətli bina "Azərsu" ASC-nin ofisidir. Tikintisinə 2013-cü ildə başlanıb. Layihəsinin ümumi dəyəri 120 milyon dollar olaraq açıqlanmışdı, sonrakı illərdə əlavə nə qədər pullar ayrılıb, onu bilmirəm. "Azərsu" yarıtmaz idarəçiliyin hakim olduğu, zərərlə işləyən dövlət şirkətlərindən biridir. 2019-cu ili 592,488 milyon manat xalis zərərlə başa vurub. Bu, 2018-ci illə müqayisədə 23,4% çoxdur. Ümumilikdə səhmdar cəmiyyətin yığılmış zərəri 7 milyard manata çatıb!", - o bildirib. 
 
 

"Görəsən, dünyanın harasında su idarəsinin belə möhtəşəm binası var? Bu dəbdəbə, bu təntənə nəyə, kimə lazımdır axı? Bu xalqın sərvəti niyə bu cür lazımsız işlərə sərf olundu və olunur? Niyə bu xalqın sərvəti biriləri tərəfindən hesabsız, kitabsız, dədə malı kimi rahat şəkildə xərclənir?.. Əslində, suallar ritorikdir. Məsələnin mahiyyətini təhsil səviyyəsindən, savadından, intellektindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları bilir. 

 

Şahin Cəfərli

Rəhmətlik Tevfik Fikrətin sözləri burada yerinə düşür: 

Verir zavallı memleket, verir ne varsa; malını,
Varlığını, hayatını, umudunu, hayalini,
Tüm olanca rahatını, olanca gönül balını,
Hemen yutun, düşünmeyin haramını, helalini…

Yiyin, efendiler yiyin; bu doyumsuz sofra sizin,
Doyuncaya, tıksırıncaya, çatlayıncaya kadar yiyin!"



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook