SON XƏBƏR

“Azərsun” maliyyə hesabatını açıqladı, heç kim oxuya bilmədi – Fotofakt

Noyabr 22
12:16 2022
Ölkənin aparıcı şirkətlərindən olan "Azersun Holding” MMC 2021-ci il üçün maliyyə hesabatını açıqlayıb.

Yeniavaz.com xəbər verir ki, şirkətin rəsmi saytında yerləşdirilən maliyyə hesabatı oxunmaz vəziyyətdədir.

127,6 milyon manat nizamnamə kapitalı olan şirkətin maliyyə hesabatını bu şəkildə təqdim etməsi birmənalı qarşılanmayıb.
İddia olunur ki, belə vəziyyət texniki səhvdən daha çox düşünülmüş addıma bənzəyir.

Əvvəllki illərlə müqayisədə şirkətin maliyyə vəziyyəti ürəkaçan olmayıb. Ötən il "Azərsun” 28 milyon manat xalis mənfəət edib ki, bu da əvvəlki illə müqayisədə 3 dəfəyə yaxın az olub.

Qeyd edək ki, hesabat aşağıdakı şəkildə yayımlanıb:
 



Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook