“Azərsun“ monopolist fəaliyyətini genişləndirir - Fakt
Sentyabr 20
01:20
2018
Abdolbari Goozal Aqrar Məşvərət Şurasının sədri seçildikdən sonra bazara təsir imkanları xeyli artıb
"Azərsun Holding" əhaliyə mənşəyi bilinməyən, antisanitar şəraitdə daşınan heyvan əti təqdim edir?
Şirkət aqrar və qida sənayesi sahəsində inhisarçı mövqeyə sahib olduğundan, daxili bazarda istədiyi qiyməti tətbiq edir
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "Azərsun Holding"in inhisarçı mövqeyinə son qoymalıdır
Ötən saylarımızın birində qeyd etdiyimiz kimi, avqust ayının 30-da Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı və aqrar sahədə ixtisaslaşmış böyük şirkətlərin - "Azərsun Holding", "Pasha Holding", "Gilan Holding", "CTC Holding", "AS Group İnvestment", "Modern Group", "Agrarco", "AzProtein Foods Group" və "Səba Qrup"un rəhbər şəxslərinin iştirakı ilə keçirilən toplantıda adıçəkilən nazirliyin yanında Aqrar Məşvərət Şurası yaradılıb. Həmin şuranın sədri postuna isə aqrar və qida sənayesi sahəsində inhisarçı mövqeyə sahib olan, daxili bazardakı qiymət siyasətinə diqtəedici yöndə təsir imkanları əldə edən "Azərsun Holding"in prezidenti Abdolbari Goozal seçilib. Nəzərinizə çatdıraq ki, iqtisadçı ekspertlər bunun doğru addım olmadığını və gələcəkdə ciddi fəsadlara səbəb ola biləcəyini vurğulayıblar. Onların fikrincə, inhisarçı bazar payı olan şirkətlərin, yəni "Azərsun Holding" və Aqrar Məşvərət Şurasında təmsil olunan digər firmaların Kənd Təsərrüfatı Nazirliyinə rəqabəti təşviq edən təklif və tövsiyələrlə müraciət edəcəkləri heç cür inandırıcı görünmür. Mütəxəssislər hesab edirlər ki, aqrar və qida sənayesi sahəsində əsas söz sahibi olan nəhəng şirkətlərin məhz Aqrar Məşvərət Şurasında bir araya gəlməsi, bir müddət sonra kiçik və orta sahibkarlığın sözügedən sektordan tamamilə uzaqlaşdırılması ilə nəticələnə bilər.
Əslində, onlar mövqelərində yetərincə haqlıdırlar. Çünki hələ Aqrar Məşvərət Şurası yaradılmamışdan əvvəl "Azərsun Holding" ölkənin yeyinti sənayesinin böyük bir hissəsini nəzarətində saxlayır və elə bu səbəbdən də istədiyi vaxt qiymətlərdə özünə sərf edən formada korrektələr edirdi. Abdolbari Goozal adıçəkilən şuranın sədri seçildikdən sonra isə əsasən yağ, çay, qənd, şəkər tozu, ət konservləri, turşular, duz və digər ərzaq malları istehsal edən "Azərsun Holding"in bazara, o cümlədən istehsalçılara təsir imkanları xeyli artıb. Məlumat üçün bildirək ki, "İntersun İnternational Sun Group FZCO" şirkətinin törəmə müəssisəsi olan "Azərsun Holding"in tərkibinə "Azərbaycan Duz istehsalat Birliyi" QSC, "Azərsun Ticarət və Dağıtım" MMC, "Bakı Qida və Yağ Fabriki" MMC, "İnnova Konstrakşn ənd Kontraktinq" MMC, "Kürdəmir Süd Emalı Zavodu" MMC, "Qafqaz Ticarət" MMC, "Sun Food Service" MMC, "Azərsun Kənd Təsərrüfatı Məhsulları" MMC, "Qafqaz Konserv Zavodu" MMC, "Sun Tea Çay Fabriki" MMC və "Green Tech" MMC daxildir. Bundan başqa, Abdolbari Goozalın rəhbərlik etdiyi holding "Lənkəran Konserv Zavodu" ASC, "Qazax Konserv Zavodu" MMC, "İntepe Ofşor LLC", "Muğan Enerci LLC", "Azərsun Humanitar Fondu", "Svit Star" MMC, "Sumqayıt Plastik Emal Zavodu" MMC, "Gözəl Təbiət" MMC, "Qusar-İstixana" MMC, "Qusar-Agro" MMC və Gürcüstanda fəaliyyət göstərən "Dəfnə H A Limited" şirkətinin səhmdarıdır.
Onu da əlavə etməliyik ki, son zamanlar "Azərsun Holding"in adı bir sıra xoşagəlməz məqamlarda hallanıb, ictimaiyyətin tanınmış simaları, o cümlədən siyasilər və deputatlar tərəfindən ciddi qınaq atəşinə tuş gəlib. Məsələn, konkret faktlara gəlincə, qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) ötən ilin iyun ayının 9-da alınmış məlumat əsasında DBNX-in Xaçmaz Rayon Baytarlıq İdarəsinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taboru əməkdaşlarının iştirakı ilə qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədi ilə Xaçmaz rayonu, Xudat şəhəri, H.Əliyev küçəsi 29B, mənzil 16-da yaşayan Eynulla Balaşərif oğlu Məmmədyarova məxsus "PEKAP" markalı 10-PE-327 dövlət nömrə nişanlı avtomobilə Xaçmaz rayonu ərazisində baxış keçirib. Baxış zamanı avtomobilin yük yerində qeyri-qanuni, antisanitar şəraitdə, üst-üstə yığılmış vəziyyətdə daşınan, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, şaqqalara bölünmüş 500 kq çəkisində olan heyvan əti, 2 ədəd kəsilmiş malın baş-ayağı və daxili orqanları aşkar olunub. İlkin araşdırma zamanı Eynulla Məmmədyarov antisanitar şəraitdə daşınan həmin heyvan ətlərini Bakı şəhərindən Xaçmazda olan "Qafqaz" konserv zavoduna təhvil vermək məqsədi ilə gətirdiyini bildirib. Bir qədər əvvəl qeyd etdiyimiz kimi, "Qazax Konserv Zavodu" MMC məhz "Azərsun Holding"in nəzdində fəaliyyət göstərir. Düzdür, adıçəkilən zavod sənədləri olmayan ətləri qəbul etmədiyini iddia etsə də, Eynulla Məmmədyarovun sözlərindən bu qənaətə gəlmək olar ki, Abdolbari Goozalın rəhbərlik etdiyi şirkət əhaliyə mənşəyi bilinməyən, antisanitar şəraitdə daşınan heyvan əti təqdim edir. Bu cür məhsullar isə insan orqanizmi üçün potensial təhlükə mənbəyi hesab olunur və əksər hallarda müalicəsi mümkün olmayan dəhşətli heyvan xəstəliklərinin yaranmasına gətirib çıxarır.
İctimaiyyətin tanınmış simaları, o cümlədən siyasilər və deputatlar tərəfindən səsləndirilən ağır ittihamlar...
Bu arada, "Azərsun Holding"in adının hallandığı digər məsələyə gəlincə, nəzərinizə çatdıraq ki, təxminən 2 il öncə millət vəkili Zahid Oruc sözügedən şirkətin ünvanına kifayət qədər sərt ittihamlar səsləndirib. Belə ki, "Azərsun Holding"in Çindən gətirilmiş hazır konsentratın üstündə bir qədər emal prosesi həyata keçirib Azərbaycan xalqının mədəsinə "tomat" tökdüyünü iddia edən Zahid Orucun sözlərinə görə, məhz bundan sonra ölkənin səhiyyə müəssisələrinə xeyli sayda xəstə müraciət edir: "Əsas məsələ isə devalvasiya vaxtı meydana çıxır. Daxili istehsalı hər cür vasitələrlə vurub bazardan çıxardan "Azərsun" şirkəti çox böyük minnətlə xalqa elan edir ki, "bizim gətirdiyimiz məhsulların maya dəyərində, onun xammalında dolların yeni kursu oturub. Ona görə də, biz sizə devalvasiya faizi qədər deyil, 30 faiz bahalaşma elan edirik". Sual olunur, sən bu cür fəaliyyəti İsveçdə və yaxud Norveçdə apara bilərdinmi? Avropa ölkələrindən birində "Azərsun" kimi şirkətə mütləq cəza sanksiyası tətbiq edilərdi. Yaxşı, "Azərsun" olmasaydı Azərbaycan xalqı qənd, duz, yağ kimi məhsulları istehsal edə bilməyəcəkdi?".
Qeyd edək ki, Abdolbari Goozalın rəhbərlik etdiyi şirkətin ünvanına səsləndirilən digər ittiham isə bir müddət əvvəl Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevdən gəlib. Belə ki, ölkədə fəaliyyət göstərən şirkətləri yoxlamağın vacibliyini vurğulayan partiya sədri hesab edir ki, "Azərsun" və digər firmalar saxta məhsulları xalqa sıramaqla millətimizin genefonuna zərbə vurur: "Azərbaycandakı şirkətləri yoxlamaq lazımdır. Onlar kimlərindir? "Azərsun" deyir, xaricə pomidor satırıq. Necə olur ki, "Azərsun" həm xaricə pomidor satır, həm də Azərbacanda "tomat pastası"nın qiymətini qaldırır? Tək tomatla iş bitmir. Şəkəri götürək. Yaxşı şəkəri İmişlidə istehsal edib xaricə də satırlar, bizə içərisinə leş sümüyü vurulmuş şəkər satırlar. Çay Azərbaycanda istehsal olunursa, onu "Azərçay" adı ilə dünyaya tanıdırlarsa, çayın qiymətini qaldırıb niyə milləti dövlətin üzərinə qaldırırlar? Onlar hamısı vicdanını itirmiş adamlardır. Xaricdən dollarla aldığınız malları bildik, bəs yerli istehsala nədir sözləri? Bunlar hamısı millətimizə qarşı olan xəyanətdir. Abdulbari Gözəl (Abdolbari Goozal-red.) azərbaycanlı deyil ki, özünü Kür çayına atan qadının qiymətini bilsin, özünü dənizə atan cavan oğlanın qədrini bilsin. Abdulbari Gözəl gəlib Azərbaycanda at oynadanda əlbəttə ki, belə olacaq. "Azərsun" və digər firmalar saxta məhsulları xalqa sıramaqla millətimizin genefonuna zərbə vurur. Bəs İqtiadiyyat Nazirliyi hara baxır? Ya "Azərsun" bağlanmalıdır, ya da qiymətlər əvvəlki səviyyəyə gətirilməlidir".
"Azərsun Holding" bazarda ciddi bahalaşmaya səbəb olur
Gördüyünüz kimi, bütün bunlar bir daha onu deməyə əsas verir ki, "Azərsun Holding" aqrar və qida sənayesi sahəsində inhisarçı mövqeyə sahib olduğundan daxili bazarda istədiyi qiyməti tətbiq edir. Bu isə sonda ciddi bahalaşmaya səbəb olur. Ümumiyyətlə, qiymətlərin durmadan artmasının ən başlıca səbəbi məhz inhisarçılıqdır. Ümid edirik ki, bu ilin aprel ayında ölkə başçısının sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əsasında yaradılan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sözügedən məsələni diqqətdə saxlayacaq, müvafiq araşdırmalardan sonra, yeni təsərrüfat subyektlərinin bazara daxil olmasına süni maneələr yaradan, müxtəlif yollarla onların fəaliyyətini məhdudlaşdıran "Azərsun Holding"in bazardakı inhisarçı mövqeyinə son qoyacaq.
Mövzu ilə bağlı qarşı tərəfin də çövqeyini işıqlandırmağa hazırıq.
Mənbə:"Hürriyyət"

Qlobal.az